“Day.az”ın baş redaktoru Elnur Baimov: “Keçdiyimiz yoldan çox razıyam”
- Keçdiyimiz yoldan çox razıyam. Təbii ki, bu razılıq fəaliyyət göstərdiyimiz 4 ildə əldə olunan nəticələrlə bağlıdır. Biz qarşıya qoyduğumuz məqsədə çatmışıq, amma nail olduqlarımızla kifayətlənmirik. Daha da irəli getməyə çalışırıq və bunun üçün yeni layihələr işləyirik.
- “Day.az” Azərbaycan dilində fəaliyyət göstərsəydi, indiki populyarlığı qazana bilərdinizmi?
- Azərbaycan müstəqillik əldə edəndən sonra yetişən nəsil həm orta, həm də ali məktəbi ana dilində bitirsələr də, onlar xəbərləri rus dilində oxuyurlar. Bu, ziddiyyətli haldır, amma reallıqdır. Azərbaycanda rus dilli qəzetlər də daha çox oxunur. Mənim proqnozlarıma görə, hələ 5-10 il arası vəziyyət belə davam edəcək. Xəbər bazarında rus dilində məhsullara daha çox təlabat olacaq. Mən etiraf edirəm ki, biz xəbərlərimizi Azərbaycan dilində yayımlasaydıq, bu qədər müvəffəqiyyət əldə edə bilməzdik.
- Oxucularınızın təxmini sayı nə qədərdir?
- Bizi adi xəbər günündə sutkada təxminən 27 min adam oxuyur. Xəbər günü zəngin olanda, mühüm hadisə baş verəndə isə oxucularımızın sayı qat-qat artır. Məsələn, bu günlərdə Bakının mərkəzində hündür mərtəbəli binanın uçması xəbəri ilə bağlı bizim məlumatları oxuyanların sayı 35 minə çatıb. Seçkilər ərəfəsində isə oxucuların sayı daha çox olur.
- “Day.az”ın daha çox informasiya agentliklərinə istinad etməsinin səbəbi nədir?
- Biz gün ərzində çoxsaylı xəbərlər yayımlayırıq. Abunə olduğumuz informasiya agentliklərinin xəbərlərindən istifadə etməyimiz işçilərimizin sayının az olması ilə bağlı deyil. Sadəcə, yayımlanan xəbərlərimizin sayı çox olduğu üçün başqa agentliklərə, hətta qəzetlərə müraciət edirik. Bu, bizim Azərbaycanda tətbiq etdiyimiz yeni modeldir. Vacib olan bütün xəbərləri oxucularımıza çatdırmaq istəyirik. Oxucuya maraqlı olan xəbərdir, onun mənbəyi ilə əməkdaşlıq etmək bizim işimizdir. Dünyanın bütün informasiya portalları agentliklərin xidmətindən istifadə edirlər.
- “Day.az” saytını həmişə “Anar Məmmədxanovun saytı” kimi təqdim edirlər. Sizcə, niyə belədir?
- Anar Məmmədxanov “Day.az”ın təsisçisidir. Bu təqdimatın da səbəbi yəqin ki, budur. Anar Məmmədxanov bu dörd ildə bizim komandanın aktiv üzvü olub, bütün strateji məsələlər həll olunan zaman o, bizimlə birgə olub. Amma Anar Məmmədxanov “Day.az”ın operativ idarəetməsinə heç zaman qoşulmayıb.
- “Day.az”ın internet radiosunun fəaliyyəti ilə bağlı yaranmış maneənin aradan qaldırılması istiqamətində hansı iş gedir?
- “Day.az” internet radiosu fəaliyyətə başlayan kimi bəzi dövlət qurumlarının konservativ nümayəndələri Azərbaycanda internetin bu cür inkişafından narahat olub, radiomuza qarşı müxtəlif iradlar bildirdilər. Nəticədə radiomuzun inkişafı dayandı. Amma indiki halda radio fəaliyyət göstərir və on minlərlə dinləyicisi var. Bu yaxınlarda video xəbərlər yaymağa başlamışıq. İndi video studiyanın quraşdırılması ilə məşğuluq. Bu başa çatandan sonra saytda 5 dəqiqəlik debatları oxuculara təqdim edəcəyik. Texnologiyamız bizə video görüntüləri kiçik ölçüdə yaymağa imkan verir. Biz bu görüntüləri elə yerləşdirəcəyik ki, hətta az sürətli internetdən istifadə edən oxucularımız belə video görüntüləri seyr edə biləcəklər. Məncə, biz bununla ənənəvi televiziyaya alternativ televiziya yaradacağıq. Bunun çox böyük perspektivləri olduğuna da şübhəm yoxdu. Amma buna bəzi mühafizəkar dövlət məmurlarının necə reaksiya verəcəyi hələ mənə bəlli deyil. Əslində biz çoxdan “Day.az” internet televiziyasını aça bilərdik. Amma Azərbaycanda istifadəçidə olan internetin sürəti hələlik buna imkan vermir. Buna görə də indilik “Day.az” sadəcə, video görüntülər yayacaq. Bizim həmişə ənənəvi radio, televiziya açmaq arzumuz olub. Bu bazarda çoxlu görülməli işlər var. Amma hələlik buna imkan yoxdur. Ümumiyyətlə isə mən internetin çox parlaq sabahı olacağına inanan adamlardanam və bu sahədə də daha çox layihələr həyata keçirmək istəyirəm.
- “Day.az”ın Azərbaycan dili versiyasını yaratmağı düşünmürsünüz?
- Təəssüf ki, internetdən Azərbaycan dilində xəbər oxunması o qədər də populyar deyil. Amma buna baxmayaraq, bu ilin axırına kimi, “Day.az”ın Azərbaycan dili versiyasını bərpa edəcəyik. /APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır