Bank Of Baku

Eynulla Fətullayevə qarşı yeni ittiham irəli sürülüb

Eynulla Fətullayevə qarşı yeni ittiham irəli sürülüb
# 04 sentyabr 2007 11:42 (UTC +04:00)
Bu barədə APA-ya E. Fətullayevin vəkili Aydın Nəzərli bildirib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) ittihamı irəli sürülüb. E. Fətullayev bu ittiham bağlı ifadə verməkdən imtina edib.
Vəkil deyib ki, istintaq E. Fətullayevin evində axtarış aparılan zaman 7-62 kalibirli 1 ədəd dolu, 1 ədəd boş avtomat patronu və artilleriya mərmisinin bir ədəd qəlpəsinin aşkarlanması faktına görə, ona qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə (qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sürsatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə irəli sürmək istədiyi ittihama sonradan xitam verib. A. Nəzərlinin sözlərinə görə, jurnalist istintaqı qeyri-obyektiv hesab etdiyi üçün ifadə verməkdən və istintaq materialları ilə tanış olmaqdan imtina edib: “O mənə də istintaq materialları ilə tanış olmağa qadağa qoydu”. Vəkil deyib ki, müdafiə tərəfinin istintaq materialları ilə tanışlıq müddəti başa çatan kimi iş təsdiqlənmək üçün prokurorluğa göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR