Bank Of Baku

Samir Sədaqətoğlu və Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verilib

Samir Sədaqətoğlu və Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verilib
# 04 sentyabr 2007 11:54 (UTC +04:00)
“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verilib. Bu barədə APA-ya R. Tağı və S. Sədaqətoğlunun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasət Pirisoyu bildirib. Vəkilin sözlərinə görə, həmkarları S. Sədaqətoğlu ilə görüşmək istəsələr də, onun saxlandığı Xələcdəki 5 saylı həbsxananın rəhbərliyi buna imkan verməyib: “Ona görə də yazıçılar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edəcək”.
R. Tağı və S. Sədaqətoğlunun səhhətlərinin normal olduğunu bildirən komitə rəhbəri bununla yanaşı, onların taleyindən ciddi narahatlıq keçirdiklərini açıqlayıb: “Elə buna görə də Samir Sədaqətoğlunun ailəsi bu günlərdə Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinə onun təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciət ediblər”.
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “Sənət qəzeti”nin 2006-cı il 1 noyabr tarixli sayında çıxan “Avropa və biz” yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. R. Tağı 16 saylı Cəzaçəkmə Müəssisəsində, S. Sədaqətoğlu isə Xələcdəki 5 saylı həbsxanada saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR