“Bakı Xəbər”in keçmiş əməkdaşları yeni qəzet təsis edir

“Bakı Xəbər”in keçmiş əməkdaşları yeni qəzet təsis edir
# 04 sentyabr 2007 12:41 (UTC +04:00)
“Bakı Xəbər” qəzetindən ayrılmış bir qrup jurnalist yeni qəzet təsis etməyə hazırlaşır. Bu barədə APA-ya “Bakı Xəbər”in keçmiş redaktoru Elnur Məhərrəmli məlumat verib. O bildirib ki, təsis olunacaq qəzetin adı hələlik müəyyənləşdirilməsə də, 3-4 variant var. Nəşrin “Bakı Zaman” adlanacağına gəldikdə, E. Məhərrəmli deyib ki, bu ad variantlardan biri olsa da, seçilmə ehtimalı azdır. Amma istənilən halda qəzetin adında “Bakı” sözü olacaq. Qəzet 16 səhifə həcmində, həftədə 6 və ya 7 gün nəşr ediləcək. E. Məhərrəmli yaxın günlərdə qəzetin qeydiyyatı ilə bağlı dövlət qurumlarına müraciət olunacağını, redaksiya kollektivinin formalaşacağını və texniki avadanlıqların alınacağını söyləyib. O, qəzetin Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevə yaxın olacağını gizlətməyib: “Amma qəzetin maliyyələşməsinin Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR