Bank Of Baku

Azərbaycan radiosunda struktur dəyişikliyi edilib

Azərbaycan radiosunda struktur dəyişikliyi edilib
# 04 sentyabr 2007 12:43 (UTC +04:00)
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində struktur islahatları davam edir. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti struktur dəyişiklikləri Azərbaycan radiosunun tərkibində fəaliyyət göstərən Beynəlxalq Azərbaycan radiosunun Qərb ölkələrinə verilişlər baş redaksiyasında olub. Alman, ingilis, fransız dillərində verilişlər yayımlayan bu redaksiyanın fəaliyyəti sentyabrın 1-dÓ™n dayandırılıb. Əvəzində Şərq ölkələrinə verilişlər baş redaksiyasının fəaliyyətinin daha da genişləndirilməsi qərara alınıb. Bundan başqa, Azərbaycan radiosunun tərkibində hər gün 15-20 dəqiqəlik proqramlar yayan Yerli radio verilişləri şöbəsinin fəaliyyəti də dayandırılıb.
Qeyd edək ki, hazırda Azərbaycan radiosunda 200 nÓ™fÓ™r çalışır. Onlardan 120 nəfər yaradıcı, 80 nəfər isÓ™ texniki heyÓ™tÓ™ daxildir. İşçilərin dörddə biri vaxtamuzd, qalanları isə işəmuzd sistem üzrə çalışır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR