Bank Of Baku

Jurnalistlər Ali Məhkəməyə müraciət edəcəklər

Jurnalistlər Ali Məhkəməyə müraciət edəcəklər
# 04 sentyabr 2007 15:35 (UTC +04:00)
Jurnalistlər Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırlar. Bu barədə APA-ya Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi jurnalistlərin Səbayel Rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib. R. Hacılının sözlərinə görə, bir müddət əvvəl 15 jurnalist Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) sərbəst toplaşmaq azadlığını pozması ilə bağlı iddia qaldırsa da, Səbayel Rayon Məhkəməsi bu ərizəni qəbul etməyib və geri qaytarıb. Qərardan verilən şikayət isə Apellyasiya Məhkəməsində təmin olunmayıb. Jurnalistlər bu iddia üzrə BŞİH-in 100 min manat kompensasiya ödənilməsini tələb ediblər. R. Hacılı bu günlərdə Səbayel Rayon Məhkəməsinin jurnalistlərin daha bir müraciətinə baxmadan geri qaytarıb. Bu, iyunun 14-də Sabir bağında keçirilmiş aksiyada jurnalistlərin polis tərəfindən döyülməsi ilə bağlı olan şikayətdir. R. Hacılı redaktorların həmin məsələ ilə də bağlı iddia qaldırdıqlarını, lakin buna da məhkəmədə baxılmadan geri qaytarıldığını qeyd edib. O, bununla bağlı apellyasiya şikayəti veriləcəyini bildirib: “Biz bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə kimi davam etdirmək fikrindəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR