Bank Of Baku

Gənc jurnalistlərin respublika müsabiqəsi keçiriləcək

Gənc jurnalistlərin respublika müsabiqəsi keçiriləcək
# 05 sentyabr 2007 14:05 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi “Gənclər ili” çərçivəsində Azərbaycanın gənc jurnalistlərinin respublika müsabiqəsini keçirəcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin yaradıcı və istedadlı gənclərlə iş, asudə vaxtın təşkili sektorunun müdiri Namiq Cəfərov məlumat verib. Onun sözlərinə görə, müsabiqənin 10 nominasiya üzrə keçirilməsi nəzərdə tutulub. Ölkənin bütün gənc jurnalistlərinin bu müsabiqədə fəal iştirakını arzulayan təşkilatçılar qalibləri pul mükafatı ilə fərqləndirəcək. Müsabiqənin yekun mərhələsinin ilin sonuna kimi keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR