Bank Of Baku

İTV ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq

İTV ABŞ prezidentliyinə namizədlərin debatlarını yayımlayacaq
# 05 sentyabr 2007 14:14 (UTC +04:00)
ABŞ-da prezidentliyə namizədlər arasında keçiriləcək debatlar Azərbaycanın İctimai Televiziyasında da yayımlanacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətindən APA-ya verilən məlumata görə, şirkətin baş direktoru İsmayıl Ömərovla İREX Mediaya Yardım Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Şeldon Markoffun görüşündə bu barədə razılıq əldə edilib. İlkin olaraq seçkilərdə iştirak edəcək Respublikaçılar və Demokratlar partiyalarının daxilində keçiriləcək debatların ən maraqlıları tamaşaçılara təqdim olunacaq. İ. Ömərov bildirib ki, ölkə teleməkanında yenilik olan bu layihə tamaşaçılar tərəfindən maraqla qarşılanacaq. Bundan əlavə, şirkət rəhbəri hesab edir ki, ABŞ-da prezidentlik uğrunda mübarizə aparan şəxslərin kimliyi digər ölkələr kimi, Azərbaycan auditoriyası üçün də maraqlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR