Bank Of Baku

Demokratik Jurnalistlər Liqası iyul ayı üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası iyul ayı üçün keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 06 sentyabr 2007 13:53 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqası (DJL) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” adlı layihə çərçivəsində 2007-ci ilin iyul ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. DJL-dən APA-ya verilən məlumata görə, söz və mətbuat azadlığı sahəsində vəziyyətlə bağlı monitorinqin yekununda 88 fakt öz əksini tapıb. Bu sırada “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbsi, “Nota Bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun iyulun 19-da dodaqlarını tikərək aclıq aksiyası keçirməsi, Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının “Bizim yol” qəzetinin ofisinə gələrək qəzetin maliyyə sənədlərini götürməsi, “Yeni Müsavat” qəzetinin Naxçıvan üzrə müxbiri Məmmədqulu Əliyevin bir neçə saat Şahbuz rayon Polis Şöbəsində saxlanılması, Apellyasiya Məhkəməsinin “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə barəsində Yasamal rayon Məhkəməsinin hökmünü qüvvədə saxlaması, Ali Məhkəmənin “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 20 min manat cərimələnməsi və baş redaktor Eynulla Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarı qüvvədə saxlaması, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının və qəzetin əməkdaşlarının Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi və s. faktlar da göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR