Bank Of Baku

“Mərkəz” qəzeti “Azadlıq” qəzetini plagiatlıqda günahlandırır

“Mərkəz” qəzeti  “Azadlıq” qəzetini plagiatlıqda günahlandırır
# 06 sentyabr 2007 15:42 (UTC +04:00)
“Çağdaş Azərbaycan mətbuatında plagiatlıq özünün pik dövrünü yaşayır. Bunun bariz nümunəsi isə bu günlərdə qeydə alınıb. Belə ki, “Mərkəz” qəzetinin 4 sentyabr tarixli sayında çap olunan “Montin qəbiristanlığı köçürülür” və 5 sentyabr tarixli sayında işıq üzü görən “Məktəb bazarlığı” sərlövhəli yazılar olduğu kimi “Azadlıq” qəzetinin 6 sentyabr tarixli sayında Günel Xəlilova adlı jurnalistin imzası ilə dərc edilib”. Bu sözlər “Mərkəz” qəzetindən APA-ya daxil olan açıqlamadandır. Açıqlamada bildirilir ki, yazılar “Azadlıq” qəzetində nöqtə, vergülə toxunulmadan çap olunub. Açıqlamada bu, piratlığın artıq biabırçılıq mərhələsinə çatmasının göstəricisi kimi qiymətləndirilib, həmçinin, “Azadlıq” qəzetinin imicinə, peşəkarlığına zərbə kimi dəyərləndirilib.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə APA-ya açıqlamasında bildirib ki, o, belə bir faktdan xəbərsizdir: “Söhbətin hansı materialdan getdiyi mənə aydın deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR