Bank Of Baku

Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib

Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib
# 07 sentyabr 2007 13:53 (UTC +04:00)
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynova Bakıda abidə qoyulması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, bununla əlaqədar iki həftədir imza toplama kampaniyasına başlanıb və artıq 270 imza toplanıb. O, imza toplama kampaniyasının noyabrın 1-nə qədər davam etdiriləcəyini və sonda yığılan imzaların Bakı Şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanacağını qeyd edib. E. Hüseynov bu prosesdə siyasi partiyaları və QHT-ləri fəal iştirak etməyə çağırıb. Qeyd edək ki, təşəbbüskarlar tərəfindən abidənin Mətbuat prospektində, müvafiq yerdə qoyulması məqsədəuyğun sayılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR