Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi yenidən toplaşacaq

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi yenidən toplaşacaq
# 07 sentyabr 2007 14:07 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin toplantısının keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya məlumat verən qəzetin şef-redaktoru Şahvələd Çobanoğlunun sözlərinə görə, redaktorların yenidən bir araya gəlib atılacaq addımlarla bağlı qərarın qəbul edilməsinə ehtiyac var. Şef-redaktor bildirib ki, toplantıda E. Fətullayevin işindən başqa mətbuatın hazırkı durumu, digər jurnalistlərin həbsdən azad olunması, qəzetlər üzərindəki məhkəmə cərimələri ilə bağlı müzakirələr aparılacaq: “Eynulla Fətullayevlə bağlı hazırda hüquqi müstəvidə iş gedir. Doğrudur, bizim apardığımız ictimai işin hər hansı müsbət nəticəsi olmadı. Amma buna baxmayaraq, yenə də müxtəlif tədbirlər, aksiyalar olacaq”. Ş. Çobanoğlu “Gündəlik Azərbaycan” qəzetinin bərpası üçün heç bir şəraitin olmadığını da vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR