Bank Of Baku

Samir Sədaqətoğlu və Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə verilən kasasiya şikayəti icraata götürülüb

Samir Sədaqətoğlu və Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə verilən kasasiya şikayəti icraata götürülüb
# 10 sentyabr 2007 11:39 (UTC +04:00)
“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazıçı-publisist Rafiq Tağı barəsində məhkəmə hökmündən Ali Məhkəməyə verilən kasasiya şikayəti icraata götürülüb. Bu barədə APA-ya Ali Məhkəmədən bildirilib. Məlumata görə, işə hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “Sənət” qəzetinin 2006-cı il 1 noyabr tarixli sayında çıxan “Avropa və biz” yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. R. Tağı 16 saylı Cəzaçəkmə Müəssisəsində, S. Sədaqətoğlu isə Xələcdəki 5 saylı həbsxanada saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR