Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fonduna 79 müraciət daxil olub

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fonduna 79 müraciət daxil olub
# 10 sentyabr 2007 15:54 (UTC +04:00)
Üç ay ərzində Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fonduna 79 müraciət daxil olub. Müraciətlərin hər birinə ayrılıqda baxılıb və ümumilikdə 4650 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul edilib. Fonddan APA-ya verilən məlumata görə, həbsdə olan jurnalistlərin ailə üzvlərinə, peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistlərin müalicəsinə, işini itirən jurnalistlərə müəyyən məbləğdə yardım olunub. Həmçinin məhkəmə prosesinə cəlb edilən KİV və ya jurnalistlərin müdafiəsinə yardım göstərilib. “Gündəlik Azərbaycan” qəzetinin kollektivi onlara ayrılmış 1000 ABŞ dolları həcmində yardımdan imtina etdiyinə görə bu məbləğ Fondun büdcəsinə qaytarılıb. “Milli yol” qəzetinin redaktoru Şahin Ağabəylinin müraciəti Fondun Əsasnaməsi və büdcəsinə uyğun gəlmədiyindən, “Müxalifət” qəzetinin nəşrinin bərpası üçün etdiyi müraciət fondun Əsasnaməsində və maliyyə büdcəsində nəzərdə tutulmadığından təmin edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR