Bank Of Baku

Eynulla Fətullayevin və həbsdə olan digər jurnalistlərin əfv edilməsi ilə bağlı prezidentə müraciət ediləcək

Eynulla Fətullayevin və həbsdə olan digər jurnalistlərin əfv edilməsi ilə bağlı prezidentə müraciət ediləcək
# 10 sentyabr 2007 16:32 (UTC +04:00)
Bu gün “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, Avropa Parlamentinin nümayəndəsi Dan Slonderin də qatıldığı toplantıda jurnalistin azadlığa buraxılması, bu yöndə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. İclasda çıxış edən Müdafiə Komitəsinin üzvləri, media qurumlarının rəhbərləri Komitənin fəaliyyətinin canlandırılması, E. Fətullayevin yaxın zamanlarda başlayacaq məhkəməsi ərəfəsində tədbirlərin keçirilməsi təklifləri ilə çıxış ediblər. E. Fətullayevin, o cümlədən həbsdə olan digər jurnalistlərin əfvi ilə bağlı prezidentə müraciət edilməsi, ölkədə mətbuatın durumu, jurnalistlərin əfvi ilə bağlı beynəlxalq təşkilatlara vahid müraciətin təqdim edilməsi ilə bağlı qərar qəbul olunub. Hər iki müraciətin hazırlanması Müdafiə Komitəsinin üzvləri Mehman Əliyevə, Zərdüşt Əlizadəyə, Çingiz Sultansoya, Eldar Namazova həvalə edilib. Eyni zamanda E. Fətullayevin məsuliyyətə cəlb olunmasına səbəb olan məqalələrlə bağlı həm yerli, həm də beynəlxalq ekspertiza keçirilməsi təklifi də qəbul olunub. İclasda bildirilib ki, E. Fətullayevin məhkəməsi başlanana qədər Müdafiə Komitəsinin geniş tərkibli iclası keçiriləcək və orada onun müdafiəsi ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR