Bank Of Baku

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli həbsxananın tibb xidmətinə yerləşdirilib

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli həbsxananın tibb xidmətinə yerləşdirilib
# 11 sentyabr 2007 14:47 (UTC +04:00)
Bunu APA-ya jurnalistin vəkili Rəşid Hacılı deyib. Onun sözlərinə görə, ürək ağrılarından əziyyət çəkən R. Kəbirli həbsxananın tibb xidmətinə yerləşdirilib və həkim nəzarəti altındadır.
Xatırladaq ki, R. Kəbirli və “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR