Bank Of Baku

Üzeyir Cəfərov daxili işlər naziri və YAP funksioneri ilə bağlı Ali Məhkəməyə müraciət edib

Üzeyir Cəfərov daxili işlər naziri və YAP funksioneri ilə bağlı Ali Məhkəməyə müraciət edib
# 11 sentyabr 2007 15:05 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov daxili işlər naziri Ramil Usubov və YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə qarşı qaldırdığı iddiası ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti verib. Ü. Cəfərov APA-ya bildirib ki, o, şikayətində Səbayel Rayon Məhkəməsinin qərardadı ilə rədd edilən və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmayan iddiasının baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə həvalə olunmasını xahiş edib.
Qeyd edək ki, bu il aprelin 20-də axşam saatlarında naməlum şəxslərin hücumu nəticəsində xəsarətlər alan Ü. Cəfərov daxili işlər nazirini və YAP funksionerini hadisə ilə bağlı fikirlərinə görə məhkəməyə verib. R. Usubovun mətbuata onun özü-özünə xəsarət yetirdiyi, H. Paşayevin isə hadisənin ailə-məişət zəminində törədildiyi barədə fikirlərini şərəf-ləyaqətin alçaldılması, təhqir kimi təqdim edən redaktor məhkəmədən daxili işlər nazirinin 8 milyon 347 min manat (Azərbaycan vətəndaşlarının sayı qədər), YAP mətbuat xidməti rəhbərinin isə 400 min manat (YAP üzvlərinin sayı qədər) cərimə olunmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR