Bank Of Baku

Kamal Abdulla “Sözün sirri” adlı veriliş hazırlayacaq

Kamal Abdulla “Sözün sirri” adlı veriliş hazırlayacaq
# 12 sentyabr 2007 10:12 (UTC +04:00)
“Mənə Azərbaycan dilindəki sözlərin mənşəyi, sözlərin bizim şüurumuzdakı, məişətimizdəki yeri barədə veriliş hazırlamaq təklif olundu. Mən də bu təklifi məmnuniyyətlə qarşıladım. Azərbaycan televiziyasında yayımlanan “Sözün sirri” həftədə bir dəfə efirə çıxacaq”. Bu sözləri APA-ya açıqlamasında AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla deyib. Digər telelayihələrə qoşulmaq fikri olmadığını söyləyən türkoloq-alim dillə, sözlə bağlı olduğu üçün bu proqramı hazırlamağa razılıq verib. Teleproqramda şüurumuzda möhkəmlənən sözlər, kəlmələr barədə məlumat veriləcək, dilimizin tarixinə dair faktlar bir daha səslənəcək, çağdaş dilçiliyimizin ən aktual problemləri müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR