“Azərbaycanda fikir azadlığı, müxalifət və müstəqil mətbuatına qarşı münasibət” adlı müraciət hazırlanıb

“Azərbaycanda fikir azadlığı, müxalifət və müstəqil mətbuatına qarşı münasibət” adlı müraciət hazırlanıb
# 12 sentyabr 2007 12:05 (UTC +04:00)
Bu gün hüquq müdafiəçiləri Leyla Yunus, Eldar Zeynalov və Mehman Əliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, onlar bildiriblər ki, təmsil olunduqları İnsan Haqları Federasiyasının Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsi, Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Toni Lloyda təqdim etmək üçün hazırladığı müraciəti açıqlayıb. “Azərbaycanda fikir azadlığı, müxalifət və müstəqil mətbuatına qarşı münasibət” adlı müraciətdə mətbuatın son vəziyyəti, 7 jurnalistin həbsdə olması, qəzetlərin maliyyə vəziyyətinin kəskinləşməsi, jurnalistlərə qarşı təzyiq göstərənlərin cəzalandırılmaması ilə bağlı məlumatlar qeyd olunub. Sənəddə həmçinin AŞPA-nın payız sessiyasının gündəliyə Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məsələnin salınmasının vacibliyi də vurğulanıb. L. Yunus onu da əlavə edib ki, onlar bu gün Monitorinq Komitəsinin iclasının keçiriləcəyini nəzərə alaraq, A. Herkellə əlaqə saxlayaraq, bu müraciət barədə onu məlumatlandırıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR