Bank Of Baku

Eynulla Fətullayev əfv ərizəsi yazıb

Eynulla Fətullayev əfv ərizəsi yazıb
# 12 sentyabr 2007 13:40 (UTC +04:00)
A. Nəzərlinin sözlərinə görə, jurnalistə Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə elan edilən ittihamla bağlı aparılan istintaq materialları bu günlərdə məhkəməyə göndəriləcək. Vəkilin sözlərinə görə, müdafiə tərəfinin istintaq sübutlarının saxta olması barədə vəsatətinə hələ baxılmayıb.
A. Nəzərli E. Fətullayevin əfv üçün prezidentə müraciət etməsi barədə məlumatı olmadığını deyib: “Mən Eynulla ilə görüşən şəxs kimi bu məsələdən xəbərsizəm”.
E. Fətullayevin atası Emin Fətullayev də APA-ya bildirib ki, oğlunun əfv ərizəsi yazması haqda məlumatı yoxdur: “Bir neçə ay əvvəl anası belə müraciət yazıb. Amma oğlumun ərizə yazması barədə nəsə deyə bilmərəm. Əgər Eynulla bu addımı atıbsa, düz eləyib”.
E. Fətullayevin digər vəkili İsaxan Aşurov isə APA-ya bildirib ki, müdafiə etdiyi şəxs əfv ərizəsini 4 gün əvvəl yazıb.
Əfv Komissiyasının üzvü Azay Quliyev isə APA-ya E. Fətullayevin belə bir müraciətin yazması haqda məlumatsız olduğunu bildirib.
Əfv Komissiyasının başqa bir üzvü isə adının çəkilməməsi şərtilə APA-ya E. Fətullayevin əfv ərizəsi yazdığını təsdiqləyib.
Qeyd edək ki, E. Fətullayevin əfv ərizəsi yazması barədə “Yeni Müsavat” qəzeti İ. Aşurova istinadən məlumat yayıb.
Xatırladaq ki, E. Fətullayevə bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), daha sonra isə 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) ittihamı irəli sürülüb. İttiham üzrə istintaqa bu günlərdə yekun vurulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR