Bank Of Baku

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kompüterlərinə həbs qoyulub

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin kompüterlərinə həbs qoyulub
# 12 sentyabr 2007 16:44 (UTC +04:00)
“Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən bu ilin may ayında qəzetin ofisində keçirilən axtarış zamanı müsadirə olunmuş kompüterlərə həbs qoyulması barədə qərar ona bu gün elan edilib. Belə ki, MTN-ə qəzetin arxivini təhvil almaq üçün dəvət olunan Ş. Çobanoğluna müstəntiqlər Səbayel rayon məhkəməsinin qərarı ilə kompüterlərə həbs qoyulduğunu deyiblər: “Məndə olan məlumata görə, bu, bir neçə gün əvvəl baş verib. Əslində bu, bizim əmlakın müsadirə olunmasıdır. Yəqin ki, Eynulla Fətullayevə elan edilən vergidən yayınma ittihamı üzrə kompüterləri müsadirə edəcəklər”.
Ş. Çobanoğlu onu da deyib ki, E. Fətullayevin evində axtarış aparılan zaman MTN əməkdaşları tərəfindən götürülən şəxsi albom və digər əşyalar bir neçə gün əvvəl atasına qaytarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR