Bank Of Baku

Sabah “RTR-Planeta”nın Azərbaycanda yayımı və STV-nin tezliyinin yeni sahibi barədə qərar veriləcək

Sabah “RTR-Planeta”nın Azərbaycanda yayımı və STV-nin tezliyinin yeni sahibi barədə qərar veriləcək
# 13 sentyabr 2007 11:32 (UTC +04:00)
Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, Rusiya teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımı ilə bağlı müzakirələr aparılacaq. MTRŞ-dən APA-ya verilən məlumata görə, Azərbaycan televiziyasının Rusiyada yayımlanması ilə bağlı bu ölkənin müvafiq qurumları tərəfindən hər hansı qərar qəbul olunmayıb və şura müzakirələrin gedişindən asılı olaraq addım atacaq.
Qeyd edək ki, Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, Rusiya teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımının qayda və şərtlərinə dair hökumətlərarası saziş layihəsi üzərində iş başa çatdırılıb. Saziş layihəsini hazırlayan işçi qrupların iyulun 23-də Bakıda keçirilən görüşündə əldə olunan razılaşmaya əsasən yaxın vaxtlarda Moskvada texniki müqavilə ilə bağlı növbəti görüş keçirilməli və müqavilənin imzalanması məsələsi müzakirə olunmalıdır. Layihədə RTR-in Azərbaycanda, Az.TV-nin isə Rusiyada yayımının paritet əsaslarda aparılması öz əksini tapıb. MTRŞ-dən bildiriblər ki, sabah keçiriləcək iclasda Türkiyənin “Samanyolu” telekanalının tezliyi üzrə elan edilən müsabiqənin yekunları da müzakirə ediləcək və tezliyin yeni sahibi müəyyənləşəcək. Xatırladaq ki, tezliyi tutmaq üçün quruma “Xəzər” TV, “Antenn” TV (“Antenn” FM radiosunun təsisçiləri) və ETV (“Elm” TV) tərəfindən müraciətlər daxil olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR