Bank Of Baku

Tərəfsiz Jurnalistlər Birliyi Milli Məclisin payız sessiyası ilə bağlı rəy sorğusu keçirib

Tərəfsiz Jurnalistlər Birliyi Milli Məclisin payız sessiyası ilə bağlı rəy sorğusu keçirib
# 14 sentyabr 2007 12:13 (UTC +04:00)
Tərəfsiz Jurnalistlər İctimai Birliyi “Milli Məclisin payız sessiyasında hansı sahələri əhatə edən qanunların qəbul edilməsini istəyirsiniz?” sualı ilə paytaxt əhalisi arasında rəy sorğusu keçirib. Birlikdən APA-ya daxil olan məlumata görə, sorğuda müxtəlif kateqoriyadan olan 100 respondent iştirak edib. Onların 10 faizi ümumiyyətlə, qanunvericiliklə maraqlanmadığını bildirib. Rəyi öyrənilənlərin 50 faizi sessiyada “Təhsil haqqında” qanunun və Hərbi Doktrinanın qəbuluna tərəfdar olduğunu deyib. Qalan respondentlər pensiya, əmək qanunvericiliyi, Seçki Məcəlləsi, sosial sığorta, əmanətlərin qaytarılması, tikinti, şou-biznes, yaşıl örtüyün qorunması, bələdiyyələrlə icra orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi, kənd təsərrüfatı ilə bağlı məsələlər barədə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa, sorğuda respondentlərdən Milli Məclisin hansı komissiyasının işindən razı, hansından narazı qalmaları da soruşulub. Əksəriyyət Elm və təhsil komissiyasının işindən narazılığını ifadə edib və bunu uzun illərdən bəri bu komissiyanın “Təhsil haqqında” qanunu parlamentdən keçirə bilməməsi ilə əlaqələndirib. Respondentlər aktiv komissiya kimi Sosial siyasət komissiyasını göstəriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR