Bank Of Baku

MTRŞ Azərbaycan telekanallarına 2008-ci il yanvarın 1-dən yayımlanacaq bütün filmlərin Azərbaycan dilində olması ilə bağlı müraciət göndərəcək

MTRŞ Azərbaycan telekanallarına 2008-ci il yanvarın 1-dən yayımlanacaq bütün filmlərin Azərbaycan dilində olması ilə bağlı müraciət göndərəcək
# 14 sentyabr 2007 15:08 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarına 2008-ci il yanvarın 1-dən yayımlanacaq bütün filmlərin Azərbaycan dilində olması ilə bağlı müraciət göndərəcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, bu müraciət Şuranın bir qədər əvvəl qəbul etdiyi qərarı yenidən nəzərə çatdırmaq məqsədi daşıyır. N. Məhərrəmlinin sözlərinə görə, əcnəbi dillərdə olan filmlərin Azərbaycan telekanallarında yayımlanmasına Şura tərəfindən qoyulan qadağa türk dilində olan filmlərə aid deyil: “Türk və Azərbaycan dilləri eyni dildir. Türk filmləri Azərbaycan telekanallarında yayımlana bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR