Bank Of Baku

Sabah “İDEAL” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçiriləcək

Sabah “İDEAL” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçiriləcək
# 19 sentyabr 2007 14:35 (UTC +04:00)
Sabah “İdeal” qəzetinin təşkilatçılığı ilə “İDEAL” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçiriləcək. Təşkilat Komitəsindən APA-ya daxil olan məlumata görə, tədbirə ziyalılar, sənət adamları, ölkənin aparıcı KİV-i dəvət olunub. Kitabın müəllifi “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevdir. Kitabda Azərbaycan prezidentinin yürütdüyü siyasətin uğurları əksini tapıb. Tədbirdə N. Quliyev həmçinin “İDEAL” kitabının araya-ərsəyə gətirilməsi və “İdeal” mahnısının yaranma zərurətindən, həmçinin baş redaktoru olduğu “İdeal” qəzetinin perspektiv layihələrindən danışacaq.
Tədbirdə həmçinin “İdeal” mahnısının bəstəkarı Nadir Əzimov, mahnının ifaçısı Lalə Məmmədova da iştirak edəcək. “İdeal” mahnısı Azərbaycan mətbuatında qəzetə yazılmış ilk bəstədir.
Təşkilat Komitəsi tədbirdə iştirak etməyi arzulayanları sabah saat 15.00-da Beynəlxalq Mətbuiat Mərkəzinə dəvət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR