Bank Of Baku

“İki sahil” qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
# 20 sentyabr 2007 12:22 (UTC +04:00)
“İki sahil” qəzeti 20 sentyabr - Neftçilər günü ilə münasibətilə xüsusi buraxılış hazırlayıb. Qəzetdən APA-ya verilən məlumata görə, 48 səhifəlik xüsusi buraxılışda Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi yolu əks etdirən yazılar, rəngli şəkillər əksini tapıb. Xüsusi buraxılış prezident İlham Əliyevin “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün Heydər Əliyevin siyasəti davam etdirilməlidir” sözləri, 1997-ci il, noyabrın 12-də “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan “Çıraq” yatağından çıxarılan ilk neftin sevincini əks etdirən fotoşəkil və Heydər Əliyevin “Neftçilər günü”nün təsis edilməsi haqqında 16 avqust 2001-ci il tarixli fərmanı ilə başlanır. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikinin də əksini tapdığı buraxılışda ARDNŞ strukturlarının fəaliyyəti, onların neftçilərin peşə bayramına hansı nailiyyətlərlə gəldiyi barədə təəssürat yaradılıb. Şirkətin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadənin, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, şirkətin vitse-prezidenti Mikayıl İsmayılovun, “Azneft” İstehsalat Birliyinin baş direktoru Səbuhi Əhmədovun yazılarında isə əldə olunan uğurlar diqqətə çatdırılıb. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin İcraçı direktoru Sadıq Sadıqovun, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin hesabat xarakterli yazıları da xüsusi buraxılışda yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR