Bank Of Baku

“İdeal” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib

“İdeal” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib
# 20 sentyabr 2007 14:04 (UTC +04:00)
Bu gün “İdeal” qəzetinin təşkilatçılığı ilə “İdeal” kitabının və “İdeal” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın müəllifi Nazim Quliyev Azərbaycan prezidenti İlham Əliyevə həsr etdiyi kitabın sonuncu olmayacağını deyib. O, kitabda ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevlə bağlı tarixi faktların, yürüdülən uğurlu siyasətin əksini tapdığını bildirib.
Azəri-Türk Qadınlar Birliyi sədri Tənzilə Rüstəmxanlı və digər iştirakçılar da kitab müəllifini təbrik ediblər.
Daha sonra “İdeal” mahnısına yazılmış klipin təqdimat mərasimi keçirilib. Klipin sözləri Nazim Quliyev, musiqisi Nadir Əzimova məxsusdur. Mahnını Lalə Məmmədova ifa edir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR