Bank Of Baku

Edinburqda Avropanın mətbuat şuralarının IX illik toplantısı keçirilir

Edinburqda Avropanın mətbuat şuralarının IX illik toplantısı keçirilir
# 20 sentyabr 2007 14:58 (UTC +04:00)
Bu gün Böyük Britaniyanın Edinburq şəhərində Avropanın mətbuat şuralarının IX illik toplantısı öz işinə başlayıb. Azərbaycan Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, mötəbər tədbirdə qitənin 30-dan çox ölkəsinin müvafiq qurumlarının rəhbərləri və ekspertləri iştirak edir. Toplantıda ölkəmizi MŞ sədri Əflatun Amaşov və MŞ-nin İdarə Heyətinin üzvü, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev təmsil edir. İki günlük tədbirdə Avropa ölkələrində medianın vəziyyəti müzakirə olunacaq, media-hakimiyyət, media-ictimaiyyət münasibətlərində yaranmış durum ətrafında diskussiyalar aparılacaq. İnformasiya əsrində bu sahədə özünü göstərən meyllər, medianın inkişaf perspektivləri, MŞ-lərin fəaliyyətlərinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi və digər aktual məsələlər də müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR