Bank Of Baku

Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib

Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib
# 20 sentyabr 2007 14:58 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib. Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib. Şura sədrinin müavini Qulu Məhərrəmlinin sədrliyi ilə keçirilən tədbirdə 8 müraciət araşdırılıb. İclasda ilk öncə Müdafiə Nazirliyinin “Azadlıq və zaman” qəzetinin 3 iyul 2007-ci il tarixli sayında dərc olunan “Səfər Əbiyev Müdafiə Nazirliyini işğal edib” sərlövhəli yazı ilə bağlı şikayətinə baxılıb. Komissiya məqalədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsiplərinin pozulduğunu müəyyənləşdirərək “Azadlıq və zaman” qəzetinin Müdafiə Nazirliyindən üzr istəməsi və təkzib verməsi haqqında qərar çıxarıb. Bundan başqa komissiya “Yeni ça𔝠qəzetində Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Tədris Mərkəzi, onun sədri Sevil Nuriyeva və koordinatoru Könül Şamilqızı barədə yanlış, təhqiramiz, qərəzli fikirlərin yer aldığını nəşrin baş redaktoru Aqil Ələsgərin nəzərinə çatdırıb və bu rəyə gəlib ki, “Yeni ça𔝠növbəti sayında təkzib verməli və qarşı tərəfdən üzr istəməlidir. İclasda Gəncə Telekommunikasiya İdarəsinin “Media Azərbaycan” qəzetində dərc olunan “Talançılıq” sərlövhəli yazı ilə bağlı şikayətinin müzakirəsi zamanı vurğulanıb ki, məqalədə araşdırma aparılmasına cəhd edilsə də, bir sıra etik prinsiplərə sayğısızlıq göstərilib. Bu qəzetə təkzib vermək və qarşı tərəfdən üzr istəmək tövsiyə olunub. Komissiya üzvləri “Radikal” qəzetinin Ağcabədi rayon polis şöbəsi ilə bağlı dərc etdiyi yazıların da belə qayda pozuntuları ilə səhifəyə çıxarıldığını bildiriblər. “Qanun alidir” qəzetinin baş redaktoru Xanbala Manafoğlu bu nəşrdə gedən təhqiramiz və böhtan xarakterli yazı ilə əlaqədar qarşı tərəfdən - Lənkəran Humanitar Kollecinin direktoru Cahangir İbrahimovdan üzr istəyib və təkzib verməyə hazır olduğunu bildirdiyi üçün məsələ bitmiş sayılıb. Sonda plagiatla bağlı müraciətə baxılıb. Komissiya “Azadlıq” qəzetində “Mərkəz” qəzetinin sentyabr saylarında gedən “Montin qəbiristanlığı köçürülür” və “Məktəb bazarlığı” sərlövhəli yazıların yalnız başlıqlarının dəyişdirilməklə verilməsini “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın 4.6 bəndinin (“plagiat yolverolməz hərəkətdir”) tələblərinin pozulması kimi dəyərləndirib. Komissiya üzvləri “Azadlıq” qəzetinin bununla bağlı oxucularını məlumatlandırmalı və qarşı tərəfdən üzr istəməli olduğu barədə yekdil rəyə gəliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR