Bank Of Baku

Böyük Britaniyanın Edinburq şəhərində Avropa ölkələri mətbuat şuralarının IX illik toplantısı öz işinə başlayıb

Böyük Britaniyanın Edinburq şəhərində Avropa ölkələri mətbuat şuralarının IX illik toplantısı öz işinə başlayıb
# 21 sentyabr 2007 11:36 (UTC +04:00)
Böyük Britaniyanın Edinburq şəhərində Avropa ölkələri mətbuat şuralarının IX illik toplantısı öz işinə başlayıb. Tədbirdə iştirak edən Azərbaycanın Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya verdiyi məlumata görə, toplantıda Şotlandiyanın birinci naziri cənab Aleks Salmond da iştirak edib. O, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsində mətbuat şuralarının rolunu yüksək qiymətləndirilib və konfransın işinə uğurlar arzulayıb. Sonra ayrı-ayrı ölkələrin mətbuat şuralarının nümayəndələrinin hesabları dinlənilib.
Toplantının bugünkü iclasında isə medianın özünütənzimləməsində mətbuat şuralarının fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə Avropa Komissiyasına təqdim olunacaq sənədin layihəsi, mətbuat şuraları arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər müzakirə olunacaq. Həmçinin bir sıra ölkələrin qanunvericiliyində diffamasiya ilə bağlı mövcud vəziyyət və digər məsələlər də diskussiya mövzusu olacaq.
Qeyd edək ki, konfransda Avropanın 30-dan artıq ölkəsinin mətbuatla bağlı qurumlarının rəhbərləri və ekspertlər iştirak edir. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın İdarə Heyətinin üzvü, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR