Bank Of Baku

BMT-nin Bakıdakı nümayəndəliyi İctimai Televiziya ilə birlikdə yeni layihə reallaşdıracaq

BMT-nin Bakıdakı nümayəndəliyi İctimai Televiziya ilə birlikdə yeni layihə reallaşdıracaq
# 21 sentyabr 2007 14:02 (UTC +04:00)
BMT-nin Bakıdakı nümayəndəliyi İctimai Televiziya ilə birlikdə yeni layihə reallaşdıracaq. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, “Düşünməyə dəyər” adlanan tok-şou gender bərabərliyi mövzusuna həsr olacaq və ayda iki dəfə efirə gedəcək. Telekanalın baş direktoru İsmayıl Ömərovla görüşən BMT-nin rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Bruno Pueza bu layihə ilə bağlı keçirilən tenderdə İctimai Televiziyanın qalib gəlməsinin sevindirici hal olduğunu deyib. O qeyd edib ki, gender bərabərliyindən danışarkən söhbət təkcə qadınlardan yox, kişilərdən də getməlidir. BMT ilə İctimai Televiziya arasında mövcud əlaqələrin səviyyəsindən razılıq edən baş direktor İsmayıl Ömərov bir müddət öncə qurumun İnsan Haqları Şurasının xüsusi məruzəçisi Ambeyi Liqabonun da şirkətdə olduğunu və buradakı atmosferdən razı qaldığını xatırladıb. Yeni layihənin uğurla reallaşdırılacağına əminlik ifadə edən şirkət rəhbəri bunun Azərbaycanda hazırda gender bərabərliyi sahəsindəki pozitiv işlərə müsbət təsir göstərəcəyini vurğulayıb. İsmayıl Ömərov bildirib ki, İctimai Televiziyada həyata keçiriləcək bu telelayihədə qadınlarla yanaşı, kişilərin də üzləşdiyi problemlər geniş işıqlandırılacaq. Görüşdə 2008-ci il prezident seçkiləri barədə də fikir mübadiləsi aparılıb. İsmayıl Ömərov bildirib ki, seçki prosesinin işıqlandırılması ilə bağlı dünya standartları mövcuddur və bu qayda-qanunlara əməl etmək İctimai Teleradionun borcudur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR