Bank Of Baku

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə həbsxanadan yenidən istintaq təcridxanasına gətirilib

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə həbsxanadan yenidən istintaq təcridxanasına gətirilib
# 21 sentyabr 2007 15:39 (UTC +04:00)
“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə yenidən 1 saylı Bayıl istintaq təcridxanasına gətirilib. Bu barədə APA-ya “Müxalifət” qəzetinin redaksiyasından məlumat verilib. Jurnalistlərin vəkili Rəşid Hacılı APA-ya bildirib ki, bu, “Müxalifət”çilərlə bağlı Yasamal Rayon Məhkəməsində gələn həftə keçiriləcək məhkəmə prosesi ilə bağlıdır. Onun sözlərinə görə, İctimai Televiziyanın bölgə müxbiri Əminə Rəhimovanın bir qədər əvvəl “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı, eyni zamanda “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya gələn həftə Yasamal Rayon Məhkəməsində Tahir İsmayılovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. Apellyasiya Məhkəməsinin qərarından bu günlərdə kasasiya şikayəti verilib. R. Kəbirli 10, Y. Ağazadə isə 16 saylı cəzaçəkmə müəssisələrində saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR