Bank Of Baku

Jurnalistlər “CNN Türk” televiziyasında təcrübə keçməyə başlayıb

Jurnalistlər “CNN Türk” televiziyasında təcrübə keçməyə başlayıb
# 21 sentyabr 2007 16:24 (UTC +04:00)
Qafqaz Media Mərkəzinin (QMM) təşkilatçılığı ilə Azərbaycandan və türk coğrafiyası ölkələrindən olan jurnalistlərin Türkiyənin “CNN Türk” televiziyasındakı təcrübələri başlayıb. QMM-dən APA-ya verilən məlumata görə, “CNN Türk”-də təcrübədə olan jurnalistlər daxili və xarici xəbərlər, tok-şoular, müəllif proqramları və digər sahələr üzrə təcrübə keçir, “CNN Türk”-ün ən məşhur jurnalistləri ilə birlikdə çəkilişlərə qatılır, dünyaca məşhur Türkiyə televiziyasının fəaliyyəti, iş prinsipləri haqqında bilgilər əldə edirlər. Təcrübədə Ukrayna (Krım), İraq, İran, Moldova (Qaqauz) televiziyalarının əməkdaşları, Qafqaz Media Mərkəzinin iki təmsilçisi ilə yanaşı, Azərbaycan televiziyalarını təmsil edən 4 jurnalist iştirak edir. Onların “CNN Türk”-dəki təcrübəsi sentyabrın 28-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR