Bank Of Baku

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı texniki müqavilə layihəsi Milli Televiziya və Radio Şurasına təqdim olunub

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı texniki müqavilə layihəsi Milli Televiziya və Radio Şurasına təqdim olunub
# 24 sentyabr 2007 12:04 (UTC +04:00)
Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı əldə olunan ilkin razılaşmaya əsasən hazırlanan texniki müqavilə layihəsi Milli Televiziya və Radio Şurasına təqdim olunub. MTRŞ-dən APA-ya verilən məlumata görə, bir qədər əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olunan texniki müqavilə layihəsi sonradan Nazirlər Kabinetinə göndərilib. MTRŞ-ə baş nazirin birinci müavini Yaqub Eyyubovun imzası ilə daxil olan layihə qarşılıqlı yayımla bağlı saziş layihəsini hazırlayan işçi qrupda təmsil olunan digər dövlət strukturlarına da verilib. Həmin strukturlar layihə ilə tanış olduqdan sonra öz rəylərini Nazirlər Kabinetinə təqdim etməlidirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR