Bank Of Baku

“Yeni Müsavat” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri həbs edilib

“Yeni Müsavat” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri həbs edilib
# 24 sentyabr 2007 14:03 (UTC +04:00)
Bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin redaksiyasından bildirilib. Məlumata görə, müxbir MTN-in Şərur şöbəsinin rəisi tərəfindən kənd camaatının gözü qarşısında təhqir edilib, döyüləndən sonra zorla maşına mindirilərək rayon mərkəzinə aparılıb. Sentyabrın 23-də sərbəst buraxılan H. Mehdiyev az sonra Şərur rayon Polis Şöbəsinə çağırılıb və ona 15 sutka həbs cəzası verilib. Məlumata görə, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxili işlər naziri Ramil Usubova bununla bağlı müraciət edib. Müraciətlərdə baş verən olayla bağlı araşdırma aparılması və lazımi tədbirlərin görülməsi xahiş olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR