Bank Of Baku

Lənkəran Dövlət Humanitar Kolleci direktorunun “Mərkəz”, “Azadlıq”, “Olaylar” qəzetlərinə və Qadın Krizis Mərkəzinin rəhbərinə qarşı iddiası məhkəmə baxışına göndərilib

Lənkəran Dövlət Humanitar Kolleci direktorunun “Mərkəz”, “Azadlıq”, “Olaylar”  qəzetlərinə və Qadın Krizis Mərkəzinin rəhbərinə qarşı iddiası məhkəmə baxışına göndərilib
# 24 sentyabr 2007 15:21 (UTC +04:00)
Səbayel Rayon Məhkəməsində hakimi Famil Nəsibovun sədrliyi ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Cahangir İbrahimovun “Mərkəz”, “Azadlıq”, “Olaylar” qəzetlərinə və Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovaya qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası yekunlaşıb. Media Hüquqları İnstitutundan (MHİ) APA-ya verilən məlumata görə, iclasda tərəflər dinlənilib. Adı çəkilən mətbuat orqanlarına qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri əsasında xüsusi ittiham qaydasında verilmiş şikayətdə kollec direktoru şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edib. Tərəflər dinlənildikdən sonra iş məhkəmə baxışına göndərilib. Məhkəmənin vaxtı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Lənkəran Dövlət Humanitar Kollecinin direktoru C. İbrahimov “Mərkəz” qəzetinin baş redaktoru Şirzad Məmmədli və qəzetin “Lalə” imzası ilə yazan müxbiri, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz və Qadın Krizis Mərkəzinin rəhbəri M. Əzizova ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında şikayət verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR