Bank Of Baku

Vəkil Aydın Nəzərli: “Eynulla Fətullayev müdafiəsiz qalıb”

Vəkil Aydın Nəzərli: “Eynulla Fətullayev müdafiəsiz qalıb”
# 24 sentyabr 2007 15:24 (UTC +04:00)
Vəkil Aydın Nəzərli Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasının rəisinə müdafiə etdiyi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşünə icazə verilməməsi ilə bağlı müraciət edib. Bu barədə APA-ya məlumat verən A. Nəzərli bildirib ki, E. Fətullayevlə bağlı istintaq prosesi yekunlaşandan sonra onun təcridxanaya getməsinə qadağa qoyulub: “Faktiki olaraq Eynulla müdafiəsiz qalıb. İstintaq tərəfi hesab edir ki, mən məhkəmə prosesinə qədər müdafiə etdiyim şəxslə görüşə bilmərəm”. A. Nəzərli deyib ki, təcridxana rəhbərliyi onun müraciətinə hələ də cavab verməyib.
Qeyd edək ki, E. Fətullayevə bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə elan edilən ittihamla bağlı istintaq yekunlaşıb və istintaq materialları məhkəməyə göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR