Bank Of Baku

Mirzə Sakit qısamüddətli aclıq edib

Mirzə Sakit qısamüddətli aclıq edib
# 24 sentyabr 2007 15:43 (UTC +04:00)
Hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit qısa müddətdə keçirdiyi aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya məhbusun həyat yoldaşı Rəna Zahidova bildirib. R. Zahidova deyib ki, bu gün məhbusun qardaşı Qənimət Zahidlə birgə Mirzə Sakitlə görüşüblər. O deyib ki, həyat yoldaşının səhhəti əvvəlki dövrlə müqayisədə yaxşılaşıb: “Mirzə Sakitə söz veriblər ki, onu xəstəxanadan 14 saylı cəzaçəkmə müəssisəsinə yox, başqa həbsxanaya aparacaqlar. Ona görə də o, aclığı dayandırıb”.
Qeyd edək ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid ötən həftəsonu APA-ya açıqlamasında M. Sakitin yenidən 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə etiraz əlaməti olaraq aclığa başladığını bildirib. Məhbus 14 saylı Cəzaçəkmə Müəssisəsinin ailəsinin yaşadığı ünvandan uzaqda yerləşdiyini nəzərə alaraq, şəhərə yaxın həbsxanalardan birinə köçürülməsi xahişi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda isə Mirzə Sakitin aclıq etmədiyi, onun ailəsinin yaşadığı ünvana yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə müraciətinin Penitensiar Xidmətdə müzakirə olunduğu bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR