Bank Of Baku

Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyasının prezidenti İTV-də olub

Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyasının prezidenti İTV-də olub
# 24 sentyabr 2007 16:15 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyasının prezidenti Von Qul Lii bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində olub. Şirkətin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, İctimai Teleradionun fəaliyyəti barədə qonağı məlumatlandıran baş direktor İsmayıl Ömərov ölkənin ictimai yayımçısı olaraq Azərbaycanla Cənubi Koreya arasında əlaqələrin inkişafına daim böyük diqqət ayırdıqlarını bildirib. O, Azərbaycanda Cənubi Koreyaya çox böyük marağın yarandığını vurğulayıb.
Ötən il Azərbaycana 70 nəfərlik nümayəndə heyəti ilə birlikdə gəldiyini xatırladan Von Qul Lii həmin tərkibdə Bakıya gəlmiş iş adamlarının artıq burada müxtəlif sahələrdə fəaliyyətə başladıqlarını deyib: “Ötən ilki səfərimdən keçən müddət ərzində Azərbaycanda xeyli inkişafın şahidi oldum. İctimai Teleradionun da qısa müddətdə belə yüksək standartlara uyğun qurulması ölkənizdəki iqtisadi inkişafın göstəricisidir”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR