Bank Of Baku

Əli Bayramlıda özünü ANS-in əməkdaşı kimi təqdim edən şəxs müəllimləri hədələyib

Əli Bayramlıda özünü ANS-in əməkdaşı kimi təqdim edən şəxs müəllimləri hədələyib
# 25 sentyabr 2007 08:51 (UTC +04:00)
Əli Bayramlıda özünü ANS-in əməkdaşı kimi təqdim edən şəxsdən “RUH” Jurnalistləri Müdafiə Komitəsinə şikayət olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna “RUH” JMK-nın sədri Hüquq Salmanov məlumat verib. Onun dediyinə görə, özünü ANS TV-nin əməkdaşı kimi qələmə verən, daha doğrusu, ANS TV-nin vəsiqəsini təqdim edən Mirkamil Həsənov övladlarının təhsil aldığı Əli Bayramlı şəhər 10 saylı orta məktəbin müəllimlərinə hədə-qorxu gəlməklə onlara təzyiq göstərib. Nəticədə məktəbin bir neçə müəllimi Mirkamil Həsənovdan “RUH” JMK-ya şikayət ərizəsi ilə müraciət edib. H. Salmanov əlavə edib ki, Mirkamil Həsənovun daha bir neçə müəssisədə bu cür hərəkətlərə yol verməsi barədə məlumatlar var.
ANS TV-nin Cəlilabad bürosunun rəhbəri Ələddin Əzimov isə APA-ya bildirib ki, başçılıq etdiyi büro Əli Bayramlı şəhərini də əhatə edir və orada başqa müxbirləri fəaliyyət göstərmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR