Bank Of Baku

“Xəzər” TV-nin təsisçisi Asəf Hacıyev: “Televiziyanın möhürü və əsas sənədləri məndədir”

“Xəzər” TV-nin təsisçisi Asəf Hacıyev: “Televiziyanın möhürü və əsas sənədləri məndədir”
# 25 sentyabr 2007 08:56 (UTC +04:00)
A. Hacıyev deyib ki, “Gün səhər” qəzetinin bugünkü sayında məlumatlı mənbəyə istinadən verilən bu məlumata ciddi yanaşmır: “Televiziyanın möhürü və əsas sənədləri özümdədir. Kim buna şübhə edirsə, buyurub baxa bilər. Hazırda STV-nin yerləşdiyi, “Xəzər”TV-yə məxsus binada təmir işləri gedir. Mən buna görə müvəqqəti olaraq Beynəlxalq Mətbuat Mərkəzinə otururam”.
“Xəzər”TV-nin təsisçisi deyib ki, STV-nin rəhbərliyi ilə aralarında hər hansı anlaşılmazlıq olmayıb: “Bizim STV-nin rəhbər heyəti ilə binanın, avadanlıqların alğı-satqısı ilə bağlı görüşümüz olub, razılığa gəlmişik. Hətta STV-nin əməkdaşlarının işsiz qalmaması üçün onların 80-90 faizini “Xəzər” TV-də işlə təmin etməklə də bağlı razılıq əldə olunub. Bizim çox yaxşı münasibətlərimiz var”.
Təsisçi onu da deyib , “Xəzər” TV-nin efirə çıxması ilə bağlı hazırlıqlar davam edir. Onun sözlərinə görə, artıq kanalın müxbir heyəti tədbirlərə qatılır: “Efirə çıxacaq verilişlər üzərində də iş gedir”. A. Hacıyev efirə çıxacaqları zamanın hələ dəqiqləşmədiyini bildirib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR