Bank Of Baku

Sabah iqtisadi inkişaf naziri Heydər Babayevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçiriləcək

Sabah iqtisadi inkişaf naziri Heydər Babayevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçiriləcək
# 26 sentyabr 2007 15:19 (UTC +04:00)
Sabah Yasamal Rayon Məhkəməsində iqtisadi inkişaf naziri Heydər Babayevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçiriləcək. Q. Zahidin APA-ya verdiyi məlumata görə, iclas saat 10:30-da başlayacaq. Onu məhkəmədə Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının müdafiə edəcəyini bildirən Q. Zahid ona qarşı irəli sürülmüş ittihamı rədd etmək üçün kifayət qədər arqumentlərini olduğunu deyib: “Amma mən düşünürəm ki, bunlara ehtiyac olmayacaq. Nazirin öz iddiasını geri götürəcəyinə ümid edirəm”. Qeyd edək ki, iqtisadi inkişaf naziri baş redaktora qarşı qaldırdığı iddiada onun xüsusi ittiham qaydasında həbs olunmasını xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR