Bank Of Baku

ATƏT-in Bakı ofisi ilə İctimai Teleradio arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

ATƏT-in Bakı ofisi ilə İctimai Teleradio arasında əməkdaşlığa dair Memorandum imzalanacaq
# 26 sentyabr 2007 15:24 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin dəvəti əsasında BBC-nin media üzrə ekspertləri İctimai Teleradioda redaktorların və jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı treninqlər keçəcəklər. İTV-dən APA-ya verilən məlumata görə, layihə ilə bağlı detalları müzakirə etmək üçün ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovla görüşüb. ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, bir neçə mərhələdən ibarət olan layihənin həyata keçirilməsi şirkət kollektivinin peşəkarlığının daha da artırılmasına şərait yaradacaq. İ. Ömərov isə deyib ki, layihə mövcud əlaqələrin inkişafında yeni mərhələ açacaq. Görüşdə ATƏT-in Bakı ofisi ilə İctimai Teleradio arasında yaxın günlərdə əməkdaşlığa dair Memorandumun imzalanması qərara alınıb. İctimai Teleradionun Avropa Yayım Birliyinə üzvlüyü və təşkilat daxilində bundan sonrakı fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR