Bank Of Baku

Heydər Babayevin Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib

Heydər Babayevin Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib
# 27 sentyabr 2007 08:41 (UTC +04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə iqtisadi inkişaf naziri Heydər Babayevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Qənimət Zahidin nümayəndəsi, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı APA-ya bildirib ki, məhkəmə baxışı oktyabrın 5-nə təyin olunub. Xatırladaq ki, iqtisadi inkişaf naziri Heydər Babayev baş redaktoru olduğu “Azadlıq” qəzetində dərc olunan yazısında yer alan “Metyu Brayza ilə Zeyno Baranın toyunu Heydər Babayev maliyyələşdirib” fikrinə görə məhkəməyə verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR