Bank Of Baku

Söz azadlığının durumu və Eynulla Fətullayevlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq

Söz azadlığının durumu və Eynulla Fətullayevlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanacaq
# 27 sentyabr 2007 13:53 (UTC +04:00)
Bu gün Söz Azadlığını və “Gündəlik Azərbaycan”-“Realnıy Azerbaydyan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin işçi qrupunun növbəti toplantısı keçirilib. Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, işçi qrup komitənin ötən yığıncağında qərara aldığı məsələlərin həlli ilə bağlı müzakirələr aparıb. İclasda qeyd olunub ki, söz azadlığının durumu və E. Fətullayevin həbsi ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Komitə adından beynəlxalq təşkilatlara təqdim etmək üçün hazırlanan “Azərbaycanda demokratiya gündəliyi” adlı sənəd də müzakirəyə çıxarılıb. Həmin sənədə əlavə dəyişikliklər və düzəlişlər edilib. Qərara alınıb ki, sənəd ölkədəki ictimai-siyasi təşkilatların rəhbərləri tərəfindən imzalansın və beynəlxalq qurumlara təqdim olunsun. Qeyd edək ki, sənəddə Azərbaycanda baş verən proseslər, xüsusilə KİV-ə olan münasibət öz əksini tapıb. Bildirilib ki, sənədin bir nüsxəsi hüquq müdafiəçiləri tərəfindən Avropa Şurası Parlament Assambleyasının sessiyasına təqdim olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR