Bank Of Baku

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuat konfransı keçirib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuat konfransı keçirib
# 27 sentyabr 2007 16:16 (UTC +04:00)
Bu il sentyabrın 23-də Şərur rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs olunan “Yeni Müsavat” qəzetinin Naxçıvan üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyevin işi ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, qəzetin baş redaktoru Rauf Arifoğlu bildirib ki, H. Mehdiyev bu gün saat 11.00 radələrində azadlığa buraxılıb. O, 20 dəqiqə öncə H. Mehdiyevlə telefon vasitəsilə əlaqə saxladığını və müxbirin səhhətinin pis olduğunu deyib: “Həkimeldostu Mehdiyev bildirib ki, bədənində və ayağında zədələr var. Onu bu səhər heç bir izahat vermədən saxlandığı təcridxanadan çıxararaq maşına əyləşdirib və yaşadığı Cəlilkənd kəndinə gedən yolun kənarında buraxaraq gediblər”. Naxçıvandakı bölgə müxbirlərindən artıq ikisinin belə təzyiqlə üzləşdiyini diqqətə çatdıran R. Arifoğlu onlardan birinin - Məmmədqulu Əliyevin artıq Türkiyəyə köçdüyünü deyib: “Həkimeldostu tutulandan sonra onu müdafiə etmək üçün tanış vəkillərə müraciət etdim. Amma bu və ya digər bəhanələrlə vəkillər onu müdafiə etməkdən yayınıblar. Hüquq müdafiəçiləri də Naxçıvana getmək istəməyiblər”. R. Arifoğlu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini də söyləyib: “Azərbaycan instansiyaları ədalətli qərar verməsə, İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR