Bank Of Baku

Avropa Mətbuat Şuralarının IX illik toplantısı başa çatıb

Avropa Mətbuat Şuralarının IX illik toplantısı başa çatıb
# 28 sentyabr 2007 14:38 (UTC +04:00)
Şotlandiyanın Edinburq şəhərində Avropa Mətbuat Şuralarının IX illik toplantısı öz işini başa çatdırıb. İki günlük beynəlxalq tədbirdə qitənin 30-dan çox ölkəsinin müvafiq qurumlarının rəhbərləri və ekspertləri iştirak ediblər. Tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev təmsil edib. Ə. Amaşov media üçün açıqlamasında bildirib ki, bu toplantı əvvəlkilərdən formatına, iştirakçıların tərkibinə və sayına, müzakirə olunan məsələlərin daha qloballığına və əhatəliliyinə görə fərqlənib. İki gün ərzində Avropa ölkələrində medianın vəziyyəti, media-hakimiyyət, media-ictimaiyyət münasibətlərində yaranmış durum, elektron KİV-lərdə və internetdə etik prinsiplərə əməl olunmasının vəziyyəti, informasiya əsrində özünü göstərən meyllər, mətbuat şuralarının fəaliyyətlərinin təkmilləşdirilməsi, qarşılıqlı əlaqələrinin genişləndirilməsi və digər aktual məsələlər ətrafında geniş diskussiyalar aparılıb. Azərbaycandan olan nümayəndələr çıxışlarında ölkədə medianın durumu, söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı ətraflı məlumat veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR