Bank Of Baku

İbrahim Məmmədli çox az təsadüf olunan xəstəliyə yoluxub

İbrahim Məmmədli çox az təsadüf olunan xəstəliyə yoluxub
# 01 oktyabr 2007 11:31 (UTC +04:00)
Bakıdakı Mərkəzi Hospitalda yatan Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri İbrahim Məmmədliyə çox az təsadüf olunan xəstəlik - qazlı qanqrena (anaerob infeksiya) diaqnozu qoyulub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından məlumat verilib. Hospitaldan bildiriblər ki, bu xəstəliyin müalicəsi ilə əsasən hərbi təbabət məşğuldur. Həm bu səbəbdən, həm də Azərbaycanda həmin xəstəliyin müalicəsində istifadə olunan yeganə barokamera Mərkəzi Hospitalda olduğu üçün jurnalist orada saxlanılır. İ. Məmmədliyə bədənində olan infeksiyanı öldürmək üçün yüksək təzyiq altında oksigen verilir və digər müalicə üsullarından istifadə edilir. Həkimlərin məlumatına görə, qazlı qanqrena onun orqanizminin bir sıra hissələrinə yayılsa da, mütəxəssislərin səyi nəticəsində İ. Məmmədli kritik vəziyyətdən çıxmaq üzrədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR