Bank Of Baku

Tiflisdə kütləvi informasiya vasitələrinin özünü tənzimləməsi üzrə IV Cənubi Qafqaz konfransı keçiriləcək

Tiflisdə kütləvi informasiya vasitələrinin özünü tənzimləməsi üzrə IV Cənubi Qafqaz konfransı keçiriləcək
# 01 oktyabr 2007 12:02 (UTC +04:00)
Oktyabrın 12-də Tiflisdə kütləvi informasiya vasitələrinin özünü tənzimləməsi üzrə 4-cü Cənubi Qafqaz konfransı keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya bildirib ki, ATƏT-in təşəbbüsü ilə keçiriləcək konfransda Azərbaycan, Gürcüstan və Ermənistanda kütləvi informasiya vasitələrinin özünü tənzimləməsi mövzusu, bu ölkələrdə fəaliyyət göstərən Mətbuat Şuralarının fəaliyyəti, qəbul edilən qərarlarla bağlı müzakirələr aparılacaq. Bolqarıstan, Türkiyə, Fransa nümayəndələrinin də qatılacağı tədbirdə Azərbaycandan 10-a yaxın jurnalistin iştirakı gözlənilir. Əflatun Amaşov tədbirdə Azərbaycan Mətbuat Şurasının fəaliyyəti ilə bağlı çıxış edəcək. Qeyd edək ki, Azərbaycanda Mətbuat Şurası 2003-cü, Gürcüstanda isə 2005-ci ildə yaradılıb. Ermənistanda isə Mətbuat Şurası funksiyasını yerinə yetirən qurum bu il formalaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR