Bank Of Baku

Vəkil Vüqar Xasayev “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb

Vəkil Vüqar Xasayev “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb
# 02 oktyabr 2007 09:45 (UTC +04:00)
Bu gün vəkil Vüqar Xasayev Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüb. V. Xasayev APA-ya bildirib ki, jurnalistin vəziyyəti normaldır. Vəkilin sözlərinə görə, hazırda M. Hüseynovun özünün iştirakı ilə heç bir istintaq hərəkəti aparılmır. Təyin olunmuş ekspertizaların rəyi açıqlandıqdan sonra ibtidai istintaqın yekunlaşması gözlənilir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov MTN əməkdaşları tərəfindən bu il iyulun 24-də həbs olunub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatların “Bizim yol” qəzetində dərc edilməməsindən ötrü həmin nazirliyin aparat rəhbəri Rizvan Əliyevdən rüşvət tələb etməkdə təqsirləndirilir. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şöbə redaktoru barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR